Şuşa

X.Natəvanın evi

Abidənin ünvanı:

Abidənin tarixi:

Əhəmiyyət dərəcəsi:

Keçmiş Lenin küçəsi

XVIII əsr

Dünya Əhəmiyyətli

QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR

X.Natəvanın evi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi (inventar № 342, tarixi- XVIII əsr) dövlət qeydiyyatına alınmışdır. Xurşidbanu Natəvanın evi Şuşanın ilkin inşa edilmiş mülklərindən biridir. Sifarişçisi Xan qızı olan sarayın tikilmə tarixi və kim tərəfindən inşa olunduğu haqqında dəqiq məlumat yoxdur. XIX əsrə aid olunur. Saray böyük bir ərazini əhatə edən həyətdən ibarətdir. Bu həyətdə Natəvanın özünün evi, ata mülkü Mehdiqulu xanın imarəti, böyük buzxana, boyuk düzbucaqlı formada hovuz və muxtəlif xidməti tikililər olmuşdur. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sоnuncu vərəsəsi оlduğu ücün оnu sarayda “Durru yeкta” (Təк inci), el arasında isə “Xan qızı” cağırırdılar. Zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdı. O, kasıblara əl tutmuş, Şuşaya su cəkdirmişdi. Cəkdirdiyi bulaq “Xan qızı bulağı”adı ilə məşhur idi. Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat etmişdir və məzarı Ağdamın “İmarət” qəbiristanlığındadır. Təssüflə qeyd etmək yerinə düşər ki, “Xan qızı”nın məzarı da məhv edilərək erməni vandalizminin qurbanına çevrilmişdir. Sovet donəmində Bülbülün təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli Qərarına əsasən rəsmi olaraq Şuşa Musiqi Məktəbi yaradılmışdır (bu həm də Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi idi). Məktəb Xan qızı Natəvanın evi olmuş binada fəaliyyətə başlamışdır. Ata mülkünün binasında isə uşaq sanatoriyası yerləşdirilmişdir. 1987-ci ildə musiqi məktəbi digər binaya köcürülərək binada bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin filialı olan Xurşidbanu Natəvanın evi ev-muzeyi kimi fəaliyyətə başlamışdır. 8 may 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra saray kompleksi də dağıntıya məruz qalmışdır. Bu abidə iki evdən ibarətdir ki, hazırda hər iki evin yalnız divarlarının bir hissəsi qalmışdır. İşğaldan sonra ermənilər tərəfindən dam örtüyü tamamilə, eləcə də divarlarının bir hissəsi uçurulmuş, tikililərin hər ikisinin ilkin görkəminə ciddi xələl dəymişdir.