Şuşa

Şuşa Realnı məktəbi

Abidənin ünvanı:

Abidənin tarixi:

Əhəmiyyət dərəcəsi:

Keçmiş 1 May küçəsi

1881-ci il

Yerli Əhəmiyyətli

QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR

1881-ci il sentyabrın 20-də Şuşada ilk orta məktəbin- 6 sinifli Realnı məktəbin əsası qoyulmuşdur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil edilən bu məktəbə ilk dəfə 159 şagird qəbul edilmişdi. Şuşa Realnı məktəbi dövrünün nümunəvi maarif ocağı sayılırdı. Bu məktəbdə dinin qoyduğu qadağalara baxmayaraq, başqa xalqların dillərini öyrənir, digər xalqların ədəbiyyatının tədrisinə xüsusi diqqət yetirilirdi. Məşhur Azərbaycan yazıçıları Əbdürrəhim bəy Haqverdiyev və Yusif Vəzir Çəmənzəminli bu məktəbin məzunu olmuşlar. 1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları Realnı məktəbini yandıraraq xarabazara çevirmişlər. Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.