Laçın
Sarı aşığın xatirə muzeyi
Abidənin ünvanı:
Abidənin tarixi:
Əhəmiyyət dərəcəsi:
Güləbird kəndi
1988
Yerli Əhəmiyyətli
QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR
1988-ci ildə Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi istifadəyə verilmişdi. Xatirə-muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldımışdı. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı məhv edilmiş və talan olunmuşdu. 1 dekabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir.