Şuşa
Saatlı Məscidi
Abidənin ünvanı:
Abidənin tarixi:
Əhəmiyyət dərəcəsi:
M.F.Axundov küçəsi
1883-cü il
Ölkə Əhəmiyyətli
QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR
Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən, Pənah Əli xanın 1759-cu ildə Şuşada tikdirdiyi məscid və mədrəsənin yerində tikilib. Tikildiyi məhəllənin adı ilə Saatlı məscidi adlandırılıb. Məscidin minarələrinin ümumi quruluşu Yuхarı Gövhərağa və Ağdam cümə məscidinin minarələrinə bənzəyir. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və хüsusilə minarəsinin olması ilə seçilən Saatlı məscidi Kərbəlayı Səfiхanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. 1992-ci ilin mayında Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı məscidin minarəsi top atəşləri nəticəsində dağıdılmışdı. Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.