Zəngilan
Səkkizguşəli Xacə Yəhya turbəsi
Abidənin ünvanı:
Abidənin tarixi:
Əhəmiyyət dərəcəsi:
Məmmədbəyli kəndi
1304—1305-ci illər
Ölkə Əhəmiyyətli
QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR
Zəngilan rayonunun Məmmədbəyi kəndində daşdan tikilmiş türbə qüllə tipli olub ikiqatlıdır. Yeraltında olan sərdabə hissəsi planda kvadrata yaxın (2,95 x 3,30 m), üst kamerası isə səkkizbucaqlıdır. Sərdabə 1,90 metr hündürlükdə tağtavanla örtülmüşdür. Onun giriş qapısı qərb tərəfdəndir. Sərdabənin divar hörgüsü və döşəməsi yaxşı yonulub cilalanmış daşdandır. Türbənin giriş portalı üstündə nəsx xətti ilə yazılmış bir kitabə vardır. Kitabənin məzmunu belədir: “ Mən bu tikintinin sahibi (türbədə basdırılan şəxs) ulu Allahın yardımına möhtac olan aciz qul Yəhya ibn Məhəmməd əl-Xacəyəm. 704-cu ilin ramazan ayında (23.III—27.IV.1305-ci il miladi) Əli Məcdəddinin əli ilə tikilmişdir” . Yazının başlanğıcında və haşiyəsində quran yazıları verilmişdir. Araşdırıcıların fikrincə Xacə Yəhya Məhəmməd oğlu dövrünün böyük alimlərindən olub Elxanilər zamanı Marağa rəsədxanasında calışırmış. Onun atası Xacə Məhəmməd isə dövlət qulluğunda vəzifə sahibi imiş. Məmmədbəyli kəndinin adı da görünür Xacə Məhəmməd adından yaranmışdır. Kənd kənarında təpə üzərində ucalan Xacə Yəhya türbəsinin səkkizüzlü prizmatik korpusu içəridə sferokonik, bayırda isə piramidal günbəzlə örtulüdür. Onun ağ daşdan tikilmiş kütləsində tünd rəngli daşdan işlənmiş karnizi kəskin secilir. Korpusun şimal-qərb üzundə olan düzbucağlı qapı gözü yer səthindən xeyli hündürdədir (1,8 metr). Qapı gözü də tund rəngli çərcivə icərisinə alınmış, ağ daş üzlüklü baştağın yanları və üstü sadə quruluşlu stalaktit sırası ilə haşiyələnmişdir. Üst kamera divarının qalınlığı 90 sm-ə yaxın olub daxildən və xaricdən yaxşı yonulub cilalanmış daş lövhələrlə üzlənmişdir. Korpusun bayır uzləri batıq olub çiyinli düzbucaq tağca şəklindədir. Türbənin sadə həll edilmiş üzləri arasında baştağ olan üz nisbətən plastik işlənməsi ilə seçilir. Memar Əli Məcdəddin oğlu qülləvari türbə tipinin özunəməxsus örnəklərindən birini yarada bilmişdir.