Füzuli
Mirəli türbəsi
Abidənin ünvanı:
Abidənin tarixi:
Əhəmiyyət dərəcəsi:
Aşağı Veysəlli kəndi
XIV əsr
Ölkə Əhəmiyyətli
QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR
Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mir Əli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir. Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə - XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi ehtimal olunur. 20 oktyabr 2020-ci ildə Aşağı Veysəlli kəndi işğaldan azad edilmişdir.