Şuşa

Mehmandarovların evi

Abidənin ünvanı:

Abidənin tarixi:

Əhəmiyyət dərəcəsi:

Şuşa şəhəri

XVIII əsr

Ölkə Əhəmiyyətli

QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR

Mehmandarovların evi — Şuşa şəhərində yerləşən saray tipli tarixi yaşayış kompleksi. Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biridir. Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnmişdir. Mehmandarvların böyük yaşayış binası sovet dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərmişdir. İşğaldan sonra böyük bina tamamilə dağıdılmışdır. Mehmandarovların kiçik yaşayış binası isə hal-hazırda işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərir. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirmişdir. Hal-hazırda işğalçılar tərəfindən məscid Geologiya Muzeyinə çevrilmişdir.