Zəngilan

Məscid, Qıraq Müşlan kəndi

Abidənin ünvanı:

Abidənin tarixi:

Əhəmiyyət dərəcəsi:

Qıraq Müşlan kəndi

Yerli Əhəmiyyətli

QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR

Qıraq Müşlan kəndindəki məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inventar № 5289, tarixi-XIX əsr) dövlət qeydiyyatına alınmışdır. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr tərəfindən məscidə baxış keçirilərkən məscidin dam örtüyünün tamamilə dağıdıldığı, yalnız divarlarının mövcud olduğu müəyyən edilmişdir.