Zəngilan
Məscid, Malatkeşin kəndi
Abidənin ünvanı:
Abidənin tarixi:
Əhəmiyyət dərəcəsi:
Yerli Əhəmiyyətli
QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR
Malatkeşin kəndindəki məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (inventar № 5288, tarixi-XIX əsr) dövlət qeydiyyatına alınmışdır. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr tərəfindən məscidə baxış keçirilərkən məscidin dam örtüyünün tamamilə dağıdıldığı, yalnız divarlarının mövcud olduğu müəyyən edilmişdir. Məscidin xarici divarlarının üzərində ərəb dilində yazılmış lövhələr mövcuddur.