Şuşa

M.P.Vaqifin türbəsi

Abidənin ünvanı:

Abidənin tarixi:

Əhəmiyyət dərəcəsi:

Q.Quliyev küçəsi

XX əsr

Ölkə Əhəmiyyətli

QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR

M.P.Vaqifin türbəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi (inventar № 367, tarixi- XX əsr) dövlət qeydiyyatına alınmışdır. Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin inşasına memar A.V.Salamzadə və E.İ Kanukovun layihəsi əsasında 1977-ci ildə başlanılmışdır. Kompleksin açılışı 1982-ci ilin yanvar ayında baş tutmuşdur. Kompleks Şuşa şəhərinin görkəmli yeri olan Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa edilmişdir. Kompleksin inşası 4 ilə yaxın davam etmiş və DQMV -nın erməni rəhbərliyinin maneələrinə baxmayaraq yanvar ayının 14-də açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK-nın Siyasi bürosuna üzvlüyə namizəd Heydər Əliyev, Azərbaycanın tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak etmişdilər. Tədbirdə Heydər Əliyev geniş nitqlə çıxış etmiş bu mərasimin böyük əhəmiyyətindən danışmışdır Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarsa eksponat məhv edilmiş və aparılması mümkün olanları isə daşınmışdır.