Kəlbəcər
Lex Qalası
Abidənin ünvanı:
Abidənin tarixi:
Əhəmiyyət dərəcəsi:
Qanlıkənd kəndi
XIII—XIV əsrlər
Ölkə Əhəmiyyətli
QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR
Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 3,5 -4,0 metr arasındadır. Onun içqalası qala ərazisinin hündür cənub-qərb küncündə yerləşir. Qalanın divarları bir neçə yarımdairəvi bürclə möhkəmləndirilmişdir. Tək qala qapısı isə iki dairəvi bürc arasında yerləşir. Qala divarlarının orta qalınlığı 1,3 metrdir. Qala içərisində tikinti xarabalıqları, qaya içində qazılmış su tutarları, ərzaq yerləşgələri və s. qalmışdır. Lev qalası çevrəsindəki dağlarda mövcud olan gözətçi qüllə və kiçik peyk qalalar sisteminə daxil idi. Bu dağlardan biri onun zirvəsində olan qalanın funksiyasına uyğun adını saxlamışdır — Qaravul dağı. Qaravul dağından isə başqa bir qala- Comərd qalası görünür. Lev qalası XIII—XIV yüzilliklərin abidəsidir. Kənd 25 noyabr 2020-ci ildə erməni işğalından azad edilmişdir.