Laçın
Həmzə Soltan sarayı
Abidənin ünvanı:
Abidənin tarixi:
Əhəmiyyət dərəcəsi:
Hüsulu kəndi
1761-ci il
Yerli Əhəmiyyətli
QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR
Saray Laçın rayonunun Hüsülü kəndində yerləşir. Sarayın tikilmə tarixi 1761-ci ilə ehtimal edilir. Sarayın ümumi mənzərəsindən aydın olur ki, qəsrin hündür qülləsi olub. Qəsrin cənub tərəfinin küncündə giriş qapısı var idi. Gözəl tağlı tavanları qalın yan divarlara bərkidilən saray ikimərtəbəlidir. Saray geniş və böyük zala xeyli sayda yardımçı otaqlara və divanxanaya malikdir. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Ehtimala görə burada sultanlıq 1700-cü ildə yaranıb və Zəngəzur vilayətinin böyük bir hissəsini idarə edib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib. İşğaldan sonra bu kəndin adını dəyişdirərək Melikatun adlandırmışlar. Hazırda işğalçılar “Həmzə Soltan” sarayını təmir edərək turistlərin qonaq evi (hotel) kimi istifadə edirlər. 1 dekabr 2020-ci ildə kənd işğaldan azad edilmişdir.