Şuşa

Hacı Quluların malikanəsi

Abidənin ünvanı:

Abidənin tarixi:

Əhəmiyyət dərəcəsi:

Şuşa şəhəri

1851-ci il

Ölkə Əhəmiyyətli

QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR

Hacı Qulunun Xoca Mərcanlı məhəlləsindəki imarəti 1851-ci ildə tikilmişdir. Milli üslubda tikilmiş üçmərtəbəli sarayda 46 otaq və 2 böyük zal var idi. 1865-ci ildə Şuşada olmuş rus rəssamı V.V.Vereşşaginin əsərində bu zallardan biri təsvir olunub. 1992-ci ildə Şuşa şəhərinin ermənilər tərəfindən işğalı zamanı Hacı Quluların mülkü top atəşinə tutularaq divarları dağıdılmışdı. Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etmişdir.