Şuşa

Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı

Abidənin ünvanı:

Abidənin tarixi:

Əhəmiyyət dərəcəsi:

M.F.Axundov küçəsi

XIX əsr

Ölkə Əhəmiyyətli

QEYD: VANDALIZMƏ MƏRUZ QALMIŞDIR

Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarayı və ya Məscidli karvansaray — Şuşa şəhərinin M.F.Axundov küçəsi, 31 ünvanında yerləşən karvansaray. Karvansaray Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Karvansaray XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Sıdırım qayanın kənarında yerləşən karvansarayın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. SSRİ dövründə karvansaray Kolxoz bazarı kimi istifadə edilmişdir.